"Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti avqustun 29-dan bəri ilk dəfə 80 dollar/bareldən yuxarı qalxıb.
"Tvit.az" xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 2,75% artaraq 80,2 dollar olub.
Eyni zamanda, WTI markalı neftin noyabr ayında tədarük üçün fyuçersləri 3,25% artaraq bir barel üçün 76,8 dollar təşkil edib.