Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ŞƏT MDB və KTMT təhlükəsizlik konfransı keçirəcək
dünya

ŞƏT MDB və KTMT təhlükəsizlik konfransı keçirəcək

06-04-2026 12:00 30 Baxış
IMG

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), MDB və KTMT bu ilin sonunda Mərkəzi Asiyada təhlükəsizlik və Əfqanıstan vəziyyəti ilə bağlı konfrans keçirməyi planlaşdırır.

 

Tvit.az xəbər verir ki, bu barədə  ŞƏT-in baş katibi Nurlan Ermekbəyev bildirib.

Ermekbəyev qeyd edib ki, üçtərəfli əməkdaşlıq formatı  ŞƏT, MDB və KTMT  inkişaf etdirilir: “Keçən il 3 sentyabrda Pekində bu üçtərəfli əməkdaşlıq üzrə yol xəritəsini imzalamışdıq. Bu yol xəritəsinə əsasən, ilin sonunda Mərkəzi Asiyada təhlükəsizlik və Əfqanıstan mövzularında konfrans keçirməyi planlaşdırırı.  Bu il ŞƏT-MDB qarşıterror forumunun təşkili planlaşdırılır", – deyə o əlavə edib.

 

O bildirib ki, ŞƏT təxminən 20 ildir MDB ilə əməkdaşlıq edir.

 

Aysel Şirinova