Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Estoniya Ukraynaya PUA ilə bağlı xəbərdarlıq etdi
dünya

Estoniya Ukraynaya PUA ilə bağlı xəbərdarlıq etdi

06-04-2026 09:00 11 Baxış
IMG

Estoniya kəşfiyyatı Ukraynanın Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatlarını (PUA) işə salarkən Baltikyanı respublikanın hava məkanından çəkinməyi tövsiyə edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Kəşfiyyat Mərkəzinin rəhbəri Ants Kiviselq bəyanat verib.

 

"Biz tövsiyə etdik ki, uçuş marşrutları elə seçilsin ki, PUA-lar Estoniya hava məkanından keçməsin. Lakin tamamilə belə halların qarşısını almaq mümkün deyil. Şübhəsiz ki, buna Rusiya hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti də təsir edir, çünki bu səbəbdən dronlar bura düşə bilər", – Ants Kiviselqin sözlərini Estoniya Dövlət Televiziyası və Radiosunun (ERR) portalı yayıb.

 

Qeyd edək ki, Estoniya pilotsuz uçuş aparatlarının fəaliyyəti səbəbindən Rusiyayla sərhədin bir neçə hissəsində uçuşları qadağan edib.

 

Aysel Şirinova