Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Matviyenko: Rusiya Zelenskini ABŞ-ın Maduronu qaçırdığı kimi qaçırmayacaq
dünya

Matviyenko: Rusiya Zelenskini ABŞ-ın Maduronu qaçırdığı kimi qaçırmayacaq

03-04-2026 20:00 16 Baxış
IMG

Rusiya Vladimir Zelenskini ABŞ-ın Venesuela Prezidenti Nikola Maduro ilə etdiyi kimi qaçırmayacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə fikirləri Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko müvafiq suala cavab olaraq bunu bildirib.

 

“Yəni siz Zelenskini oğurlamağı təklif edirsiniz? Məni elə cavab verməyə təhrik etməyin ki, guya indi kiməsə zərbə vurmaq, kimisə oğurlamaq lazımdır. Bu, bizim üslubumuz deyil. Biz özünə hörmət edən və dünyada hörmət olunan bir ölkəyik. Əgər belə üsullarla hərəkət etsək, özümüzə olan hörməti itirərik.

"İkincisi, ABŞ ayətullah Əli Xameneyinin öldürülməsindən heç bir nəticə əldə etmədi. Amma bu ləkə tarixdə əbədi qalacaq”, – o, deyib.

 

Aysel Şirinova