Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Cennaro Qattuzo İtaliya millisindən ayrıldı - RƏSMİ
idman

Cennaro Qattuzo İtaliya millisindən ayrıldı - RƏSMİ

03-04-2026 16:00 31 Baxış
IMG

Cennaro Qattuzo İtaliya milli komandasının baş məşqçisi vəzifəsini tərk edib.

 

Tvit.az xəbər verir ki, bu qərar barədə İtaliya Futbol Federasiyası rəsmi açıqlama yayıb.

 

Yayılan məlumata görə, 48 yaşlı mütəxəssislə bağlanmış müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.

 

Qeyd edək ki, Cennaro Qattuzo bu posta 2025-ci ilin yay aylarında təyin edilmişdi. Lakin onun rəhbərlik etdiyi komanda qarşıya qoyulan əsas məqsədə çata bilməyərək, DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq şansını əldən vermişdi.