Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Aynur Kərimova sektor müdiri təyin edildi
sosial

Aynur Kərimova sektor müdiri təyin edildi

03-04-2026 12:00 13 Baxış
IMG

Mədəniyyət Nazirliyinin Aparatında idarəetmədə səmərəliliyinin artırılması, mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsi məqsədilə ilk mərhələdə struktur təkmilləşdirilməsi həyata keçirilib, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.

 

Bu barədə Tvit.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, konsepsiyada nəzərdə tutulan yeni idarəetmə yanaşmaları və mədəniyyətin yeni fəaliyyət sahələri bu istiqamətlər üzrə effektiv idarəetmə və nəzarətin təmin olunmasını tələb edir.

 

"Bu baxımdan, Mədəniyyət Nazirliyinin Aparatında yeni struktur vahidlərinin formalaşdırılması və mövcud şöbələrin funksional bölgüsünün yenidən təşkili həyata keçirilir. Nəticədə aparatın yenilənmiş strukturunda konspesiyada müəyyənləşmiş mədəniyyətin yeni sahələrinə uyğun olaraq idarəetmə formalaşdırılıb, kommunikasiya, rəqəmsallaşma və əlaqələndirmə mexanizmləri təkmilləşdirilib".

 

Eyni zamanda vurğulanıb ki, həyata keçirilən optimallaşdırmadan sonra Mədəniyyət Nazirliyinin Media ilə iş üzrə sektor müdiri Aynur Kərimova olub.