Əslən Naxçıvanın Şahbuz rayonundan olan Rüstəm Dilavər oğlu Mustafayev Ukraynada gedən döyüşlərdə həlak olub.
Tvit.az xəbər verir ki, bu barədə Ukraynadakı Azərbaycan diasporu məlumat yayıb.
Məlumata görə, Rüstəm Mustafayev Ukrayna ordusunun 128-ci əlahiddə dağ-hücum briqadasının 1-ci dağ-hücum batalyonunun tərkibində xidmət edib.
Onun Zaporojye vilayətində gedən döyüşlər zamanı həlak olduğu bildirilib.
Qeyd edək ki, Rüstəm Mustafayevin qardaşı da cəbhədə döyüşür.