"Azərbaycan Prezidenti İlham Əliyevə özüm, hökumətim və azadlıq uğrunda mübarizədə heç vaxt geri durmayan Kiprin türk xalqı adından minnətdarlığımı bildirirəm".
Tvit.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib.
"İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir" şüarı bu gün bu zalda təqdim olunan iradə üçün ən güclü dəstəkdir", - deyə baş nazir vurğulayıb.