Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi
sosial

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

02-04-2026 10:00 9 Baxış
IMG

Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu ilə Ermənistana göndərilməsi hər kəs üçün faydalıdır və bunu daşımaların həcminin artması da sübut edir.

 

Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

 

“Rusiya Dəmir Yolları”nın mütəxəssisləri cəmi bir neçə gün ərzində Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana daşınması barədə razılığa gəliblər. Otuz ildən sonra Ermənistana dəmir yolu ilə gələn ilk taxıl Rusiya olub. Artıq gübrələr gəlməyə başlayır, daşınan yüklərin çeşidi genişlənir. Bu, hər kəs - Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan üçün faydalıdır”, - baş nazirin müavini bildirib.

 

Overçuk iddia edib ki, Rusiya hökuməti ölkələr arasında ticarətin inkişafında və yük axınının artırılmasında maraqlıdır: “Avrasiya İqtisadi Birliyinə üzv dövlətin blokadasının aradan qaldırılması ilə bağlı çox konstruktiv və effektiv əməkdaşlığa görə Azərbaycan və Gürcüstana minnətdarıq”.