Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda 12000 manatlıq mobil telefon oğurlanıb
hadisə

Bakıda 12000 manatlıq mobil telefon oğurlanıb

01-04-2026 15:00 14 Baxış
IMG

Bakıda 12000 manatlıq mobil telefon oğurlanıb.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

 

Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.