İran tələblər yerinə yetiriləcəyi təqdirdə ABŞ və İsraillə münaqişəyə son qoymağa hazırdır.
Tvit.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Avropa Şurasının prezidenti Antonio Kosta ilə telefon danışığı zamanı bildirib.
“İran heç vaxt heç bir mərhələdə gərginlik və ya müharibə axtarmayıb. Şərtlər yerinə yetirilərsə, xüsusən də təcavüzün təkrarlanmayacağına dair zəmanətlər olarsa, İran münaqişəyə son qoymaq üçün lazımi iradəyə malikdir”,- deyə Pezeşkian vurğulayıb.
Elmin Alışov