Qırğızıstanın İrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Tvit.az İran mediasına istinadən xəbər verir ki, bununla bağlı, Qırğızıstanın xarici işlər nazirliyi məlumat yayıb.
Eyni zamanda, Qırğızıstan XİN İrandakı öz vətəndaşlarını daha çox sayıq olmağa, şəxsi təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl etməyə, izdihamlı yerlərdən və potensial təhlükəli ərazilərdən çəkinməyə və yerli hakimiyyət orqanlarının təlimatlarına ciddi şəkildə əməl etməyə çağırıb.
Elmin Alışov