Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Türkiyə MN: Azərbaycanlıların 31 mart soyqırımını unutmadıq, unutdurmayacağıq
sosial

Türkiyə MN: Azərbaycanlıların 31 mart soyqırımını unutmadıq, unutdurmayacağıq

31-03-2026 11:00 10 Baxış
IMG

Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib.

 

Tvit.az xəbər verir ki, paylaşımda deyilir:

 

"Tarixə qara ləkə kimi düşən bu acı dolu günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq və unutdurmayacağıq! Şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla yad edirik".