Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Rafael Nadala Fəxri doktor adı verilib
idman

Rafael Nadala Fəxri doktor adı verilib

25-03-2026 17:00 19 Baxış
IMG

İspaniyalı sabiq tennisçi Rafael Nadal Madridin Politexnik Universitetinin Fəxri doktoru adını alıb.

 

Tvit.az xəbər verir ki, 39 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

Təcrübəli tennisçi karyerası ərzində müxtəlif mükafatlar alsa da, universitetdən gələn bu təşəbbüsün onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nadal bu mükafatın bilik, təhsil və cəmiyyətin tərəqqisinə xidmət edən qurumlar tərəfindən göstərilən hörmətin təzahürü olduğunu qeyd edib. İdmançı bu günü böyük sevinclə xatırlayacağını bildirib.

 

Qeyd edək ki, R.Nadal 2024-cü ilin noyabrında karyerasını başa vurduğunu elan edib. "Böyük Dəbilqə" turnirlərinin 22 qat qalibi olan tennisçi həmçinin iki dəfə (2008 və 2016-cı illərdə) olimpiya çempionu adını qazanıb.