Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qızıl təxminən dörd faiz BAHALAŞDI
sosial

Qızıl təxminən dörd faiz BAHALAŞDI

25-03-2026 12:00 19 Baxış
IMG

Qlobal investorların etibarlı investisiya alətlərinə marağının davam etməsi səbəbindən qızılın dəyəri təqribən 4% yüksəlib.

 

Tvit.az xəbər verir ki, bu tendensiya birja göstəriciləri və maliyyə ekspertlərinin təhlilləri ilə təsdiqlənir.

 

Bakı vaxtı ilə saat 09:21-də qeydə alınan göstəricilərə əsasən, Nyu-Yorkun "Comex" birjasında iyun füçersləri üzrə qızılın bir trua unsiyasının qiyməti sonuncu bağlanışa nisbətən 159.2 dollar (3.59%) bahalaşaraq 4 593,3 dollar təşkil edib. Eyni zamanda, may ayı üçün gümüş füçersləri də 5.38% artımla 73.315 dollara qədər yüksəlib.

 

"ABŞ dollarının dəyərdən düşməsi fonunda etibarlı aktivlərə olan tələbat yenidən canlanır. Bu durum qızılın sığortaedici alət kimi öz cəlbediciliyini qoruduğunu bir daha təsdiq edir", - deyə "Oversea-Chinese Banking Corp." təşkilatının strateji eksperti Kristofer Von bildirib.

 

Bununla yanaşı, qlobal maliyyə bazarları Yaxın Şərq regionunda cərəyan edən hadisələri də diqqətdə saxlamağa davam edir.