Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Aston Villa" PSJ-nin 18 yaşlı forvardı İbrahim Mbayeni transfer etmək istəyir
idman

"Aston Villa" PSJ-nin 18 yaşlı forvardı İbrahim Mbayeni transfer etmək istəyir

25-03-2026 11:00 19 Baxış
IMG

PSJ-nin hücumçusu İbrahim Mbaye bu yay klubunu dəyişə bilər.

 

Tvit.az-ın "Sky Sports"a istinadən məlumatına görə, seneqallı futbolçunu heyətinə qatmağa əsas namizəd İngiltərənin "Aston Villa" klubudur.

 

18 yaşlı forvardın Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Mbaye cari mövsümdə Fransa çempionatında 19 matça çıxıb, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.