Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
sosial

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

19-03-2026 12:00 18 Baxış
IMG

Bu gün Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 367 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətti və Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

 

Bununla əlaqədar olaraq saat 14:00-dan 16:30-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əmi Məmmədov, Aşağı qəsəbə küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.