Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi karyerasında 900-cu qolunu vurub.
Tvit.az xəbər verir ki, 38 yaşlı hücumçu "Neşvill"lə doğma meydanda heç-heçə (1:1) etdikləri KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununda fərqlənib.
İlk görüşdə hesab açılmadığı üçün rəqib səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir.