Rusiya İranın yüksək vəzifəli rəsmilərinə qarşı həyata keçirilən sui-qəsdləri pisləyib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Biz İranın müstəqil və suveren hakimiyyətinin nümayəndələrinin, eləcə də digər ölkələrin liderlərinin sağlamlığına zərər vurmağa və ya nəticədə öldürməyə yönəlmiş istənilən addımı qətiyyətlə pisləyirik”, - deyə, Peskov bildirib.
Elmin Alışov