Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) neft məhsulları üzrə regional fövqəladə plan komitəsi milli və regional planların hazırlığını təmin etmək və emal olunmuş neft tədarükünün davamlılığını qorumaq üçün təcili iclas keçirib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlətə məxsus Əl-Əxbariyyə xəbər agentliyi ABŞ-ın İrana qarşı müharibəsi səbəbindən Yaxın Şərq neft ixracının 60%-dən çox azaldığını bildirib.
Münaqişədən əvvəl gündə təxminən 3,4 milyon barel (bpd) istehsal edən Birləşmiş Ərəb Əmirliklərində neft hasilatı yarıdan çox azalıb, Səudiyyə Ərəbistanı isə hasilatı 20 faiz, İraq isə təxminən 70 faiz azaldıb.
Analitiklərin hesablamalarına görə, Yaxın Şərqdə ümumi xam neft hasilatının azalması hazırda gündə 7-10 milyon barel təşkil edir.
Aysel Şirinova