Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə 15 yaşında ailə qurub uşaq dünyaya gətirdi - Cinayət işi açıldı
hadisə

15 yaşında ailə qurub uşaq dünyaya gətirdi - Cinayət işi açıldı

16-03-2026 14:00 23 Baxış
IMG

Astara rayonunda yetkinlik yaşına çatmayan qızla ailə quran gənc cinayət məsuliyyətinə cəlb edilib.

 

Tvit.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl rayonun kəndlərindən birində yaşayan 15 yaşlı F.Zamanova (şərti) xəstəxanaya müraciət edib və onun hamilə olduğu müəyyən olunub. Bu ilin 7 mart tarixində isə onun övladı dünyaya gəlib.

 

Aparılan araşdırmalarla F.Zamanovanın qonşuluqda yaşayan 2002-ci il təvəllüdlü Əli Hətəmovla (soyad şərtidir) münasibətdə olduğu və daha sonra evləndikləri müəyyən edilib.

 

Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

 

Astara Rayon Məhkəməsinin 10 mart tarixli hökmü ilə Ə.Hətəmova 1 il həbs cəzası verilib. Lakin cəza 1 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.