Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü Əbil Cavid oğlu Səmədli idarə etdiyi "AzSamand" markalı avtomobil ilə yolu keçən piyada, 1976-cı il təvəllüdlü Hikmət Orucəli oğlu Məlikovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.