Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Etirazçıları daşıyan qayıq aşdı
dünya

Etirazçıları daşıyan qayıq aşdı

16-03-2026 09:00 16 Baxış
IMG

Etirazçıları daşıyan iki qayıq Yaponiyanın cənub sahillərində aşıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Yaponiya televiziyası məlumat yayıb.

 

Xilasetmə xidmətlərinin məlumatına görə, gəmidə təxminən 20 nəfər olub. Huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilən yaralılardan ikisi xəstəxanada ölüb. Təxminən on nəfər yüngül xəsarət alıb. Bir neçə nəfər hələ də itkin düşüb və xilasedicilər hazırda axtarışları davam etdirirlər. 

 

Qeyd edək ki, Henoko sakinləri ABŞ hərbi bazasını oraya köçürmək planlarını ləğv etməyə məcbur etmək üçün müntəzəm olaraq etiraz aksiyaları keçirirlər.

 

Aysel Şirinova