Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Qurban Qurbanovun köməkçiləri cəzalandırıldı
idman

Qurban Qurbanovun köməkçiləri cəzalandırıldı

11-03-2026 14:00 17 Baxış
IMG

AFFA İntizam Komitəsi Milsi Premyer Liqasının 22-ci turunda keçirilən “Qarabağ” – “Sabah” oyununda baş verən dava ilə bağlı cəzaları açıqlayıb.

"Tvit.az" xəbər verir ki, federasiya “Qarabağ”ın 2 məşqçisi – Müşfiq Hüseynov və Zaur Tağızadəyə 6 oyunluq cəza verib.

Həmçinin Ağdam klubu 12 min manat cərimə olunub.

“Sabah”ın qeyri-etik jest edən məşqçisi Valerio Zuddasa isə 7 oyunluq cəza verilib. Klubu isə 15 min manat cərimə edilib.