Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rəcəb Tayyib Ərdoğanla Zelenski danışdı
dünya

Rəcəb Tayyib Ərdoğanla Zelenski danışdı

10-03-2026 19:00 13 Baxış
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Vladimir Zelenski  arasında telefon danışığı baş tutub.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, telefon danışığında İran ətrafındakı vəziyyət müzakirə olunub. Ukrayna lideri bildirib ki, Kiyev müharibənin genişlənməsinə imkan verməmək üçün öz təcrübəsini bölüşməyə hazırdır. Bundan əlavə, Zelenski Türkiyənin Rusiya-Ukrayna-ABŞ danışıqlarının növbəti raunduna ev sahibliyi etməyə hazır olduğunu qeyd edib və bu görüşdən müsbət nəticələr gözlədiyini ifadə edib.

Ukrayna rəhbəri həmçinin göstərdiyi dəstəyə görə Türkiyə Prezidentinə təşəkkürünü də bildirib:

 

"Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi, Türkiyənin "İstəklilər Koalisiyası" çərçivəsində dəniz təhlükəsizliyinin təmin edilməsində rol oynamağa hazır olduğu və Ukrayna energetikasına yardım göstərilməsi ilə bağlı gələcək qərarlara görə Prezident Ərdoğana təşəkkür edirəm", - deyə Zelenski  vurğulayıb.

 

Aysel Şirinova