Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Xaçmazda şadlıq sarayının fəaliyyəti dayandırılıb
sosial

Xaçmazda şadlıq sarayının fəaliyyəti dayandırılıb

10-03-2026 14:00 18 Baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Xaçmaz şəhərində yerləşən "Elmin" şadlıq sarayının fəaliyyətini dayandırıb.

 

Bu barədə Tvit.az-a FHN-dən məlumat verilib.

 

Bildirilib ki, şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

 

Qeyd olunanları nəzərə alaraq sözügedən şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.