Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
sosial

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

10-03-2026 10:00 22 Baxış
IMG

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 10-13 mart tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.