Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Baş İdarə əməliyyat keçirib, 4 nəfərdən 43 kq narkotik vasitə götürülüb
hadisə

Baş İdarə əməliyyat keçirib, 4 nəfərdən 43 kq narkotik vasitə götürülüb

09-03-2026 10:00 30 Baxış
IMG

Polis 43 kq narkotiki qanunsuz dövriyyədən çıxarıb.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt ərazisində keçirilən tədbirlər zamanı Fərid Əhmədov, tanışı Pünhan Cəlilov, Taleh Sadıqov və Ruslan Hüseynli saxlanılıblar. Onlardan ümumilikdə 43 kiloqram 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

 

Saxlanılanların narkotikləri pul qazanmaq məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.