Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qarabağ" klubu meydana kənar şəxsin girməsinə görə 2500 manat ödəyəcək
idman

"Qarabağ" klubu meydana kənar şəxsin girməsinə görə 2500 manat ödəyəcək

06-03-2026 14:00 57 Baxış
IMG

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2500 manat cərimələyib.

 

Tvit.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "Şamaxı"ya qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda (3:1) yaşananlar səbəb olub.

 

"Köhlən atlar" 89-cu dəqiqədə meydana kənar şəxsin daxil olmasına görə ziyana düşüb. "Şamaxı" isə dörd nəfər sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.

 

"Zirə" ilə qarşılaşmada birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futblçusu Nikola Ninkoviçş 2 oyunluq cəzalanıb, "gənclik şəhəri" təmsilçisi 1000 manat cərimələnib.

 

"Sabah"la görüşdə birbaşa qırmızı vərəqə görən "Qəbələ"nin oyunçusu Adriel Ba Loua da çempionatdakı növbəti iki oyunda iştirak etməyəcək. "Qırmızı-qaralar"a isə 1000 manat cərimə tətbiq edilib.