ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı sualı cavablandırarkən İrana qarşı hərbi əməliyyatda istənilən ölkədən yardım qəbul etməyə hazır olduğunu bildirib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Əlbəttə ki, istənilən ölkədən istənilən yardımı qəbul edəcəyəm", - deyə Amerika lideri Reuters agentliyinə verdiyi müsahibədə Kiyevin İrana qarşı kampaniyaya qoşulmağa hazır olması ilə bağlı açıqlamalarına münasibət bildirmək istənildikdə bildirib.
Qeyd edək ki, Vladimir Zelenski əvvəllər Ukraynanın İranın cavab pilotsuz təyyarələrinin hücumlarını dəf etmək üçün ABŞ-dan kömək üçün xüsusi bir sorğu aldığını bildirmişdi.
Aysel Şirinova