Avropa İttifaqı ölkələri ABŞ-İsrailin İrana qarşı hücumlarına səssiz qalsalar, gec-tez bunun bədəlini ödəyəcəklər.
Tvit.az xəbər verir ki, bu barədə Tehranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai İspaniyanın TVE kanalına bildirib.
İsmail Baqai həmçinin Türkiyə hava məkanında zərərsizləşdirilən raketin İrandan atılması ilə bağlı xəbərləri yenidən təkzib edib.
Xatırladaq ki, İran tərəfi bu gün Naxçıvan Hava Limanıı da daxil olmaqla üç məntəqəyə dron hücumu edib. Nəticədə mülki şəxslərdən yaralananlar olub.
Aysel Şirinova