Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ağcabədidə 880 abonentin qaz təchizatı dayandırılacaq
sosial

Ağcabədidə 880 abonentin qaz təchizatı dayandırılacaq

05-03-2026 12:00 24 Baxış
IMG

"Azəriqaz"ın Ağcabədi Xidmət Sahəsi ərazisində yerləşən Hindarx qəsəbəsində martın 6-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, qaz təzhizatının dayandırılması korroziyaya uğramış yeraltı xətlərdə sızmaların qarşısının alınması məqsədilə kəmərlərin yerüstü əvəz edilməsi ilə bağlıdır.

 

Qeyd edilib ki, bununla əlaqədar 880 abonentin qaz təchizatında fasilə yaranacaq. Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa olunacaq.