Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Mançester Yunayted"in hədəfində olan Adeyemi Bundesliqanı tərk etmək niyyətindədir
idman

"Mançester Yunayted"in hədəfində olan Adeyemi Bundesliqanı tərk etmək niyyətindədir

04-03-2026 12:00 18 Baxış
IMG

"Mançester Yunayted" klubunun hədəfində olan "Borussiya"nın (Dortmund, Almaniya) futbolçusu Kərim Adeyemi karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək niyyətindədir.

 

Tvit.az "Bild" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə təklif etsə də, 24 yaşlı vinger bu sövdələşməyə maraq göstərmir.

 

Almaniya klubunun əsas fiqurlarından biri hesab olunan Adeyemi ilə 2027-ci ilə qədər qüvvədə olan müqaviləni yeniləmək üçün danışıqlar aparılır. Lakin son vaxtlar meydandakı davranışı ilə tənqid olunan futbolçunun yayda gələcək təklifləri gözlədiyi və Bundesliqanı tərk etmək istədiyi bildirilir.

 

Transfer prosesində əsas çətinliklərdən biri Adeyeminin hazırkı müqaviləsində sərbəstqalma məbləğinin olmamasıdır. Bu isə o deməkdir ki, "Mançester Yunayted" və ya digər ingilis klubları transferi həyata keçirmək üçün Dortmund təmsilçisi ilə birbaşa razılığa gəlməli olacaqlar.

 

Qeyd edək ki, almaniyalı vinger 3 mövsüm əvvəl "Zaltsburq"dan "Borussiya"ya transfer olunub.