Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda məşhur ekspertə görə təhsil mərkəzi 20 min cərimələndi
sosial

Bakıda məşhur ekspertə görə təhsil mərkəzi 20 min cərimələndi

03-03-2026 20:00 15 Baxış
IMG

Bakıda məşhur təhsil ekspertinə görə "Tələbə Təhsil Mərkəzi"nin rəhbəri cərimələnib.

"Tvit.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən "Tələbə Təhsil Mərkəzi”nin təsisçisi və direktoru Pərvin Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işçilərin işə cəlb edilməsi) ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmə zamanı məlum olub ki, mərkəzin cərimələnməsinə səbəb müxtəlif xəbər saytlarında və televiziya kanallarında təhsil eksperti kimi çıxış edən Rəvan Əliyevin sözügedən qurumda rəsmi əmək müqaviləsi olmadan fəaliyyət göstərməsidir. O, "Tələbə Təhsil Mərkəzi”nin mütəxəssis eksperti kimi təqdim edilsə də, şirkətlə arasında əmək müqaviləsi bağlanmayıb.

Mərkəzin direktoru Pərvin Əliyev məhkəmədə bildirib ki, Rəvan Əliyev quruma dost kimi dəstək göstərib və bu səbəbdən əmək müqaviləsi bağlanmayıb.

Məhkəmənin qərarı ilə Pərvin Əliyev İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimə edilib.

Qərardan verilən apellyasiya şikayəti isə təmin olunub.