Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - YENİLƏNİB
sosial

İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - YENİLƏNİB

03-03-2026 17:00 16 Baxış
IMG

Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 14:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 725 nəfər təxliyə edilib.

"Tvit.az" xəbər verir ki, təxliyə olunanların 165-i Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 224 Çin, 127 Rusiya, 71 Tacikistan, 66 Pakistan, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 4 İordaniya, 3 Qətər, 3 Banqladeş, 2 Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Özbəkistan, 2 Türkiyə, 2 İran vətəndaşı, eyni zamanda, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.

*** 13:20

Martın 3-də saat 11:00-13:00 aralığında daha 89 nəfər hərbi əməliyyatların davam etdiyi İrandan Azərbaycana təxliyə olunub.

"Tvit.az" xəbər verir ki, onlardan 6-sı Azərbaycan, 74-ü Çin, 2-si İran, 1-i isə Türkiyə, 6-sı isə Slovakiya vətəndaşıdır.

Onların təxliyəsi "Astara" Sərhəd Gömrük-keçid məntəqəsi vasitəsilə həyata keçirilib.