Hindistan Yaxın Şərqdəki münaqişənin dialoq və diplomatiya yolu ilə həllinə çağırır və onun tez bir zamanda sona çatmasını müdafiə edir.
Tvit.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bildirib.
"Hindistan bir daha dialoqa və diplomatiyaya çağırır. Biz birmənalı şəkildə münaqişənin tez bir zamanda sona çatmasını dəstəkləyirik. Təəssüf ki, artıq çoxlu insan ölüb və biz bununla bağlı kədərimizi bildiririk. Son günlərdə münaqişənin təkcə şiddətlənməsinin deyil, həm də digər ölkələrə yayılmasının şahidi olduq. Dağıntıların və ölümlərin sayı artır, normal həyat və iqtisadi fəaliyyət dayandırılıb". Hindistanda bu hadisələr böyük narahatlıq doğurur", - deyə XİN sözçüsü qeyd edib.
O əlavə edib ki, Müqəddəs Ramazan ayında regionda vəziyyət əhəmiyyətli dərəcədə və davamlı olaraq pisləşməsi dərin kədər yaradan hadisədir.
Aysel Şirinova