İran Xarici İşlər Nazirliyi Avropa ölkələrinə ABŞ və İsraillə davam edən əməliyyatlara qarışmamaq barədə xəbərdarlıq edib.
Tvit.az xəbər verir ki, bu barədə Nazirliyin sözçüsü İsmayıl Baqai jurnalistlərə açıqlamasında bildirib.
"İrana qarşı atılan hər hansı bu cür addım təcavüzkarlarla işbirliyi kimi qiymətləndiriləcək. Bu, İrana qarşı müharibə aktı kimi qəbul ediləcək", - Bəqai vurğulayıb.
Aysel Şirinova