Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Xetafe" 18 ildən sonra "Santyaqo Bernabeu"da "Real"ı məğlub edib
idman

"Xetafe" 18 ildən sonra "Santyaqo Bernabeu"da "Real"ı məğlub edib

03-03-2026 09:00 13 Baxış
IMG

"Xetafe" klubu La Liqanın XXVI turunda "Real"ı səfərdə məğlub edərək tarixi nəticəyə imza atıb.

 

Tvit.ax xarici KİV-ə istinadən xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda yeganə qolu 39-cu dəqiqədə qonaqların hücumçusu Martin Satriano rəqib qapısından keçirib.

 

Bununla da "Xetafe" 2008-ci ildən bəri ilk dəfə Madrid səfərində "Real" üzərində qələbə sevinci yaşayıb.

 

Həmin vaxtdan bəri bu stadionda keçirilən ardıcıl 16 qarşılaşmanın hamısında "Kral klubu" qalib gəlmişdi.

 

Qeyd edək ki, "Xetafe" sonuncu dəfə 2008-ci ildə "Santyaqo Bernabeu"da rəqibini 0:1 hesabı ilə məğlub etməyi bacarmışdı.