Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qazaxıstan bu ölkə vasitəsilə vətəndaşlarını təxliyyə edəcək
dünya

Qazaxıstan bu ölkə vasitəsilə vətəndaşlarını təxliyyə edəcək

02-03-2026 22:00 15 Baxış
IMG

Qazaxıstanlılar yaxın vaxtlarda Səudiyyə Ərəbistanından təxliyə olunacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Madiyar Menilbekov bildirib.

 


Bildirilib ki, hazırda Səudiyyə Ərəbistanı Krallığında Qazaxıstan Respublikasının iki minə yaxın vətəndaşı yaşayır. Onlardan təxminən 1,300 nəfər, müvəqqəti olaraq Səudiyyə Ərəbistanının qərb hissəsində yerləşən Məkkə və Mədinədə qalan vətəndaşlardır və müqəddəs Ramazan ayında Ümrə və Həcc icra etmək üçün gəliblər.

 


Qalanlar, təxminən 700 vətəndaş, ölkədə daimi yaşayır, onların arasında tələbələr, işçilər, sahibkarlar və onların ailə üzvləri var. 

 

Aysel Şirinova