Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Azərbaycan yanvarda Aİ ölkələri ilə 1,8 milyard dollarlıq ticarət aparıb
iqtisadiyyat

Azərbaycan yanvarda Aİ ölkələri ilə 1,8 milyard dollarlıq ticarət aparıb

02-03-2026 14:00 17 Baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 781 milyon 262 min ABŞ dolları təşkil edib.

 

Tvit.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 % azdır.

 

Hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 33,6 % azalaraq 1 milyard 596 milyon 934 min ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 13,4 % azalaraq 184 milyon 328 min ABŞ dolları olub. Yanvarda Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 71,4 %, ümumi idxalında payı isə 14,15 % təşkil edib.


Ay ərzində Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Rumıniya, Almaniya, Bolqarıstan və Yunanıstan ilə formalaşıb.

 

Belə ki, İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 230 milyon 394 min ABŞ dolları olub ki, bunun da 1 milyard 186 milyon 941 min ABŞ dolları ixracın, 43 milyon 453 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 14,1 %, o cümlədən ixrac 15 % azalıb, idxal isə 13,9 % artıb.

 

Rumıniya ilə ticarət dövriyyəsinin dəyəri 100 milyon 966 min ABŞ dolları təşkil edib ki, bunun da 96 milyon 939 min ABŞ dolları ixracın, 4 milyon 27 min ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 12,2 %, o cümlədən ixrac 8,8 %, idxal isə 55 % azalıb.

 

Almaniya ilə ticarət dövriyyəsinin dəyəri 94 milyon 919 min ABŞ dolları təşkil edib ki, bunun da 49 milyon 406 min ABŞ dolları ixracın, 45 milyon 512 min ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 66,5 %, o cümlədən ixrac 78,4 %, idxal isə 17,4 % azalıb.

 

Bolqarıstanla ticarət dövriyyəsinin dəyəri 86 milyon 872 min ABŞ dolları olub ki, bunun da 85 milyon 822 min ABŞ dolları ixracın, 1 milyon 50 min ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 34,2 %, o cümlədən ixrac 38,6 % artıb, idxal isə 63 % azalıb.

 

Yunanıstanla ticarət dövriyyəsinin dəyəri isə 55 milyon 72 min ABŞ dolları təşkil edib ki, bunun da 45 milyon 938 min ABŞ dolları ixracın, 9 milyon 134 min ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 48 %, o cümlədən ixrac 53 % azalıb, idxal isə 6 % artıb.