Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Mərakeşin paytaxtında Xocalı soyqırımı ilə bağlı sərgi keçirilib
sosial

Mərakeşin paytaxtında Xocalı soyqırımı ilə bağlı sərgi keçirilib

27-02-2026 19:00 14 Baxış
IMG

Mərakeşin paytaxtı Rabatda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş təqdimat və tematik sərgi keçirilib.

 

Tvit.az xəbər verir ki, tədbir Azərbaycan səfirliyində "Youth and Diplomacy Network" gənclər təşkilatının nümayəndələrinin iştirakı ilə baş tutub.

 

Qonaqlara Azərbaycan, onun zəngin tarixi, mədəniyyəti və ənənələri, eləcə də ölkənin müasir beynəlxalq arenadakı rolu barədə ətraflı məlumat verilib. Xarici siyasətin prioritetlərinə və aktual dövlət gündəliyinə xüsusi diqqət yetirilib.

 

Daha sonra iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi haqqında arxiv sənədləri və digər materiallar təqdim olunub. Vurğulanıb ki, bu faciə Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutur.

 

Qonaqlar həmçinin Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olublar. Ekspozisiyada faciəvi hadisələri əks etdirən fotoşəkillər, arxiv materialları və kitablar nümayiş etdirilib. İştirakçılar böyük maraq göstərib, Azərbaycan tarixi və Xocalı hadisələri barədə çoxsaylı suallar veriblər. Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

 

Azərbaycan səfirliyində qeyd edilib ki, görüş diplomatiya məsələləri ilə maraqlanan fəal gənclərlə dialoq üçün mühüm platforma olub və Azərbaycan tarixinin mühüm səhifələri barədə məlumatların artmasına töhfə verib.