Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Jalə Əhmədova 2 min manat cərimələndi
idman

Jalə Əhmədova 2 min manat cərimələndi

26-02-2026 14:00 20 Baxış
IMG
"İDDO Psixi Sağlamlıq Proqramı” İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edilib.
 
Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) üzrə rəsmiləşdirilib.
 
Qərara əsasən, Jalə Əhmədova 2 min manat məbləğində cərimə olunub.
 
Bildirilib ki, İctimai Birlikdə çalışan əməkdaşlardan biri əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.
Xidmət məsələ ilə əlaqədar İctimai Birliyə rəsmi məktub ünvanlayaraq, şikayətdə adı çəkilən vətəndaşa aid sənədlərin 7 iş günü ərzində təqdim olunmasını tələb edib.
 
Lakin göstərilən müddət ərzində həmin sənədlər Xidmətə təqdim edilməyib.
 
Bu səbəbdən də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib.