Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB (VİDEO)
idman

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB (VİDEO)

25-02-2026 01:00 58 Baxış
IMG

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

"Tvit.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda təşkil olunan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran və Elvin Cəfərquliyev fərqləniblər.

İki oyunun nəticəsinə əsasən 9:3 hesabı ilə qalib gələn "Nyukasl" adını 1/8 finala yazdırıb.

 

*** 01:12

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında hesab yenidən dəyişib.

"Tvit.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda Ağdam təmsilçisi meydan sahiblərinin qapısından ikinci qolu keçirib - 3:2.

57-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltini Marko Yankoviç yerinə yetirib. Rəqib qapıçı ilk zərbəni geri qaytarsa da, geri dönən topu Elvin Cəfərquliyev qolla tamamlayıb.

 

*** 01:08

"Nyukasl"ın cavab qolu gecikmədi. 

"Tvit.az" xəbər verir ki, hesab 3:1 rəqib komandanın xeyrinədir. 

*** 01:06

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci hissədə komandamız hesabı açıb. 

"Tvit.az" xəbər verir ki, Kamilo Duran 51-ci dəqiqədə fərqi minimuma endirir: 2:1

***01:02

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

"Tvit.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahiblərinin 2:0 hesablı üstünlüyü davam edir.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.

XXX

00:47

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk hissə başa çatıb.

"Tvit.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri fasiləyə 2:0 hesbaı ilə üstün yollanıblar.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.

XXX

00:08

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci qol vurulub.

"Tvit.az"  xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabdakı üstünlüklərini artırıblar - 2:0.

Joelinton 6-cı dəqiqədə tablonu hərəkətə gətirib.

XXX

00:06

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk qol vurulub.

"Tvit.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.

5-ci dəqiqədə Sandro Tonali adını tabloya yazdırıb.

XXX

00:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.

"Tvit.az" xəbər verir ki, qarşılaşma "Sent-Ceyms Park" stadionunda keçirilir.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.