Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu məhsullar kəskin bahalaşdı - Siyahı
sosial

Bu məhsullar kəskin bahalaşdı - Siyahı

24-02-2026 22:00 19 Baxış
IMG

Fevral ayında pensiyaların indeksləşdirilərək, 9,3% artımla verilməsinin dərhal ardından ərzaq mağazalarında bahalaşma müşahidə edildiyi barədə məlumat verilmişdi.

 

Tvit.az Bakupost.az-a istinadən xəbər verir ki, bahalaşma artıq çörək və digər qida məhsullarında da özünü göstərir.

 

Standart zavod çörəyi hazırda 65 qəpik dəyərini qorusa da, digər təklif olunan bir çox çeşiddə qiymət artımı müşahidə olunur.


Hazırda qeydə aldığımız artımlardan bəziləri bunlardır:

 

1. Ev yuxası N1 - 1.30 manat (1,20 manat idi)

2. Yoğurt (şokoladlı) - 2,65 manat (2,54 manat idi)

3. Holland pendiri (cizb) - 4.75 manat (4,50 manat idi)

4. Möcüzə (qarğıdalı) yağı - 7.35 (ötən ay 5,90 manat idi)

5. Qənd (tək, sarma) - 2.05 manat (1,93 manat idi)

6. N1 Kəpəkli çörək - 1,15 manat (1 manat idi) və s.

Bahalaşma eyni zamanda meyvə-tərəvəzdə də özünü göstərir.