NATO-nun müttəfiq ölkələr arasında sualtı qayıq əleyhinə müharibədə əməkdaşlığın yaxşılaşdırılması və təlim səviyyəsinin yüksəldilməsi məqsədi daşıyan "Dynamic Manta 2026” təlimi İtaliyada başlayıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İtaliya Hərbi Dəniz Qüvvələrinin ev sahibliyi etdiyi təlimdə Türkiyə, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya, Almaniya, Birləşmiş Krallıq, Kanada, Fransa və ABŞ da daxil olmaqla 10 müttəfiq ölkə iştirak edir.
Elmin Alışov