Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Venesuela neft tankerlərini ələ keçirməsinin qlobal iqtisadiyyat üçün mənfi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Tvit.az-ın məlumatına görə, bu barədə Venesuela xarici işlər naziri İvan Gil dövlət televiziyası VTV-də prezident Maduronun yazdığı məktubu oxuyub.
“Venesuelanın enerji ticarətini hədəf alan blokada və piratçılıq neft və enerji təchizatına təsir edəcək, beynəlxalq bazarlarda qeyri-sabitliyi artıracaq və Latın Amerikası və Karib dənizi ölkələrinin, eləcə də dünyanın, xüsusən də ən həssas ölkələrin iqtisadiyyatına ciddi zərər vuracaq”,- deyə Maduro bildirib.
Elmin Alışov