Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatdı
dünya

Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatdı

22-12-2025 16:00 26 Baxış
IMG

Avropa Birliyi (AB) Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay uzadılması barədə qərar qəbul edib.


Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.


Aİ sanksiyaları çərçivəsində Rusiya ticarət, maliyyə, enerji (neft və kömür daxil olmaqla), sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və lüks mallar, eləcə də qızıl və brilyantları əhatə edən geniş məhdudiyyətlərlə üzləşir.


Sanksiyalar həmçinin Rusiyadan Aİ-yə dəniz yolu ilə xam neft və müəyyən neft məhsullarının idxalına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılması və çoxsaylı yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir.


Elmin Alışov