Bu il Rusiya ordusu Ukraynada 300-dən çox yaşayış məntəqəsini ələ keçirib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov deyib.
“2025-ci ildə Rusiya ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi azad edilib. Bu il 6300 kvadrat kilometrdən çox əraziyə nəzarəti ələ keçirdik. Xüsusi hərbi əməliyyatın başlanğıcından bəri təxminən 94.000 kvadrat kilometr ərazi azad edilib”,- deyə Qərargah rəisi bildirib.
Elmin Alışov