Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsrail İŞİD-lə əlaqəli şəxsləri saxladı
dünya

İsrail İŞİD-lə əlaqəli şəxsləri saxladı

17-12-2025 12:00 13 Baxış
IMG

İsraildə İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər həbs edilib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, İsrail polisi və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) son həftələr ərzində ölkənin şimalında yerləşən iki sakinini İŞİD üzvlüyü və təşkilatın nümayəndələri ilə əlaqələrdə şübhəli bilərək həbs edib.

İstintaq zamanı məlum olub ki, onlar terror məqsədli təlim və göstəriş almaq üçün “düşmən dövlət ərazisinə” qanunsuz şəkildə getməyi planlaşdırırdılar. Dindirilmə zamanı saxlanılanlardan biri İŞİD-ə sadiqlik andı içdiyini və təşkilat adından terror aktı törətməyə hazır olduğunu etiraf edib. O, həmçinin xaricdəki koordinasiyaçilərlə əlaqədə olub və özəl partlayıcı qurğuların hazırlanmasını öyrənib.

Aysel Şirinova