Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallasın hüquqi savadlılıq və sosial-siyasi təlim səviyyəsi assosiasiyanın gələcəyi ilə bağlı narahatlıqlar yaradır.
Tvit.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kallasın Avropa Parlamentinin Xarici İşlər Komitəsində çıxışında azadlıqla bağlı arqumentini şərh edərkən deyib.
“Avropadeputatlarla görüşdə Kallas xüsusilə bildirib ki, Avropa İttifaqı azadlığın özü deməkdir, buna görə də ittifaqdakı azadlığa yönələn istənilən tənqid başqa istiqamətə – mümkün qədər Rusiyaya yönəldilməlidir", - deyə o, bildirib.
Kallasın çıxışında başqa hissəyə də toxunan Zaxarova əlavə edib:
“Avtoritar rejimdə yaşamış, əslində isə indi də yaşayan” Kallasın xatırlaması pis olmazdı ki, azadlıq nə Aİ-yə, nə də hansısa başqa bir struktura bağlıdır. Azadlıq hərtərəfli bir anlayışdır və Brüsseldəki bürokratiyanın əhval dəyişikliyindən asılı deyil. Aİ-ni azadlığın fövqünə qaldırmaq – onun mahiyyətini tamamilə başa düşməmək deməkdir. Kaya heç nə dərk etmir və onun hüquqi savadlılıq, eləcə də ictimai-siyasi hazırlıq səviyyəsi Aİ-nin gələcəyi ilə bağlı narahatlıq doğurur.”
Aysel Şirinova